STENOQAL NÖVLƏR

su formaları: inkişafı üçün xüsusi duzlu su mühiti tələb olunan və mühitin dəyişilməsinə dözməyən növlər.
STENOBAT HEYVANLAR
STENOQALİNNİK
OBASTAN VİKİ
Adventiv növlər
Adventiv növlər (latın: adveticius — yad, gəlmə) — başqa qruplaşmadan və ya coğrafi vilayətlərdən gətirilən (və ya gələn) növlər. Ölkəmizə gətirilmiş amarant, sabah gülü. evkalipt kimi bitkilər, ağ amur, qalınalın, daban balıq, yenotabənzər it və b. heyvanlar adventiv növlər hesab oluna bilər. Son illər ölkəmizə gətirilən bitkilərin sayı durmadan artmaqdadır. Ancaq onların çoxu bizim şəraitə uyğunlaşmış nəsil törədə bilmirlər.
Antaqonist növlər
Mikrobiologiyada antaqonizm mikroorqanizmlər arasında qeyri-simbiotik əlaqənin bir növüdür, burada bir ştam digərinin böyüməsinin tamamilə qarşısını alır və ya ləngidir. Bu prosesi həm təbii, həm də süni (laboratoriya) şəraitdə müşahidə etmək mümkündür. Antaqonist mikrorqanizmlər istənilən taksonomik qrupa aid oluna bilərlər.Ümumilikdə mikroorqanizmlərin bu halı bioloji antaqonizmin bir hissəsidir. Mikroorqanizm digər mikroorqanizmin böyüməsinə və fəaliyyətinə maneə törədən antibiotik xüsusiyyətləri olan kimyəvi maddələr ifraz etdikdə bu hal baş verir. Bu zaman kimyəvi maddəni ifraz edən mikroorqanizm rəqabət üstünlüyü əldə edir. Digər mexanizmlər də mümkündür. Mikroorqanizmlərin antaqonizmi daimi rəqabətin olduğu torpaqda geniş yayılmışdır. Bu proses ilk dəfə 1877-ci ildə L. Paster tərəfindən təsvir edilmişdir. == Nümunələr == Mikroorqanizmlər arasında antaqonizmə nümunə olaraq nistatin istehsal edən aktinomisetlər tərəfindən maya artımının qarşısının alınmasını göstərmək olar. Başqa bir nümunə, qrammənfi aerob çubuqşəkilli bakteriya lat.
Endemik növlər
Endemik (yun. ἔνδημος — yerli) yerləşdiyi regionun ekoloji şərtləri üzündən yalnız müəyyən ərazidə yaşayan/yetişən, dünyanın başqa yerində yaşama/yetişmə ehtimalı olmayan heyvan və ya bitki. Endemik bitkilər və heyvanlar məhdud areala sahibdirlər, bu səbəbdən sayları da az olur, onlar nadir və nəsli kəsilməkdə olan növlər kimi Qırmızı kitaba tez-tez yazılırlar. Növlərin məhdud arealda yerləşmə xarakteristikası endemizm adlanır. Endemizimin inkişafına coğrafi izolyasiya və iqlim şəraiti kömək edir. Növ (və ya yarımnöv) üçün endemizm çox kiçik bir ərazi ilə son dərəcə məhdudlaşa bilər. Məsələn, qoyunboğanın arealı Menorka adasında (İspaniya) cəmi bir neçə kvadrat kilometr təşkil edir. Okean adaları, təcrid edilmiş dağ vadiləri endemik formalarla daha zəngindir. Xüsusilə Müqəddəs Yelena adasında floranın 85 %-i, Qalapaqos adalarında isə 97 %-i endemikdir. Baykal gölünün flora və faunasının 75%-i endemikdir.
Kosmopolit növlər
Kosmopolit növlər — Yer kürəsinin hər yerində müvafiq ekosistemdə yayılan növlər. Bu cür növlərin arealları adətən qeyri-məhdud olur (birhüceyrəli heyvanlar- infuzorlar. Konsumentlər- canlı üzvü maddələrlə qidalanan heterotrof orqanizmlər (məs., heyvanlar).
İnvasion növlər
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.
İstilaçı növlər
İnvaziv və ya işğalçı növ (lat. İnvadio "işğalçı, istilaçı") — yeni mühitə introduksiya edilmiş zərərverici növlər üçün istifadə olunan termindir. İnvaziv növlər yaşayış yerlərinə və bioregionlara mənfi təsir edərək ekoloji, iqtisadi ziyan vurur. Termin, həm də qida şəbəkəsində insan dəyişikliklərindən sonra ekosistemə zərər verən yerli növlər üçün də istifadə edilə bilər. 20-ci əsrdən bəri invaziv növlər bütün dünyada ciddi iqtisadi, sosial və ekoloji təhlükəyə çevrilmişdir. Məsələn, Azərbaycanda Amerika yenotu, nutriya kimi işğalçı növlər (sonradan ölkəyə gətirilən) vardır.
Adaçayı cinsinə aid növlər
Ağcaqayın cinsinə aid növlər
Banksiya cinsinə aid növlər
Bulbofillium cinsinə aid növlər
Dendroxilum cinsinə aid növlər
Nəsli kəsilməkdə olan növlər
Biomüxtəliflik — nadir və nəsli kəsilmək təhlükəsində olan fauna növlərinin mühafizəsi. == Bioloji müxtəliflik == Mənbə: Zaman qəzeti Arxivləşdirilib 2015-09-27 at the Wayback Machine Bioloji müxtəliflik — yer üzərində bütün canlıların - mikroorqanizm, bitki və heyvanların müxtəlifliyi deməkdir. Azərbaycan Qafqaz regionunda ən zəngin təbii sərvətlərə malik ölkədir və təbii şəraitin müxtəlifliyi ilə əlaqədar heyvanlar aləmi də çox rəngarəngdir. Respublikamızın ərazisində indiyədək faunanın 18 min növü qeydə alınıb. Müasir Azərbaycan faunası məməlilərin 97 növünü, quşların 357, balıqların 100-ə yaxın, amfibiyalar və reptiliyaların 67 növ və yarımnövü, həşəratların isə 15 minə yaxın növünü əhatə edir. Azərbaycanın heyvanlar aləminin zənginliyi barədə ilk məlumata şərq səyyahlarının yazılarında da rast gəlinir. Amma ölkədə heyvanlar aləmi elmi öyrənilməsi 200 il öncə başlansa da onun planlı və sistemli tədqiqinə 1920-ci ildən start verilib. === Yeni tapılmış canlılar === Hazırda zooloqların çoxillik gərgin əməyi sayəsində 1500 növdən artıq ibtidailər, 1200 növdən artıq heyvan paraziti qurdları (helminlər), 300 növdən artıq fitohelmintlər, 290 növdən artıq rotatorı, 360 növdən artıq xərçəngkimilər, 311 növ molyusklar, 101 növ və yarımnöv balıqlar, 10 növ suda-quruda yaşayanlar, 54 növ sürünənlər, 348 növ quşlar, 97 növ məməlilər ( o cümlədən 13 növ cücüyeyən, 27 növ yarasa, 29 növ gəmirici, 2 növ dovşankimi, 19 növ yırtıcı, 9 növ dırnaqlı, 1 növ üzgəcanaqlı) aşkara çıxarılıb. === Ekoloji problemlər nəticəsində növlərin azalması === Lakin son yüzillikdə iqtisadiyyatın bütün sahələrinin sürətli inkişafı insan fəaliyyətinin ətraf mühitə artan mənfi təsiri və təbii sərvətlərin həddindən artıq istismarı ilə nəticələnib. Əksər ölkələrdə olduğu kimi, Azərbaycanda da ətraf mühitin mühafizəsi və təbii sərvətlərdən səmərəli istifadə olunması problemlərinin həllinə böyük diqqət yetirilir.
Phytoseiidae fəsiləsinə aid növlər
Bulbofillium cinsinə aid növlər/P-X